Sen 13, 2020 09:55 Asia/Baku
  • ABŞ-da meşə yanğınları can almaqda davam edir

ABŞ-ın qərbində meşə yanğınları nəticəsində ölənlərin sayı artıb

Səhər Azəri bildirir ki, ABŞ-ın qərb ştatlarında meşə yanğınları nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Məlumata görə, ən çox ölüm halları Kaliforniya ştatında qeydə alınıb. Burada meşə yanğınları 19 nəfərin ölümünə səbəb olub.

Artıq bir müddətdir ki, ABŞ-ın qəbində meşə yanğınları davam edir. Yanğın yüzlərlə hektar meşə ərazisini külə çevirib. Xüsusilə Kaliforniya Ştatında yanğınlara görə bəzi məntəqələrdən əhalinin köçürülməsi həyata keçirilib. 

Teqlər