Sen 14, 2020 10:16 Asia/Baku
  • ABŞ və Braziliyada koronavirusa yoluxanların sayı sürətlə artır

ABŞ və Braziliyada yeni "COVİD-19" virusunun sürətlə yayılması ciddi narahatlıq doğurur.

Səhər Azəri bildirir ki, ABŞ və Braziliyada koronavirusa yoluxanların sayı durmadan artmaqda davam edib. 

Məlumata əsasən Birləşmiş Ştatlarda son sutkada ölkədə COVİD-19 infeksiyasına 40.423 yoluxma və virusdan 807 (cəmi - 193 195) ölüm hadisəsi qeydə alınıb.

ABŞ-da koronavirus pandemiyası başlayandan indiyədək yoluxmuş insanların ümumi sayı 6,5 milyona yaxınlaşır - 6 467 481.

Braziliyada isə ötən sutka ərzində yeni növ koronavirusa 15 minə yaxın nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 330 455 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 415 nəfər ölüb, ölənlərin ümumi sayı 131 625 nəfər təşkil edir.

Teqlər