Sen 15, 2020 11:54 Asia/Baku
  • Oreqon ştatındakı yanğınlarda 10 nəfər ölüb, 22 nəfər itkin düşüb

Ştat rəsmiləri ABŞ-ın qərbində, o cümlədən Oreqon ştatında geniş yanğınların davam etməsi nəticəsində 10 nəfərin ölümündən və 22 nəfərin itkin düşməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, ABŞ-ın qərbində Oreqon ştatının Fövqəladə Hallar İdarəsinin direktoru Endrü Felps bu ştatda yanğınların geniş vüsət alması ilə 10 nəfərin ölümünü və ən azı 22 nəfərin itkin düşməsini bildirib.

Bir müddətdir ABŞ-ın qərbində və Kaliforniya ştatında başlayan yanğınlar hələ də nəzarətə alınmayıb və son məlumata əsasən, bu ştatın 12 müxtəlif bölgəsi geniş yanğınlara məruz qalıb.

Xəbər mənbələri bu yanğın nəticəsində indiyədək, Kaliforniya ştatında təxminən 300 min hektar ərazinin yanaraq, kül olduğunu bildiriblər.

Hazırda 20 min yanğın söndürən yanğınları söndürməyə çalışırlar.

ABŞ rəsmiləri ölənlərin sayının deyilənlərdən daha çox olacağını və yanğın azaldıqca daha çox itki tapılacağını təxmin ediblər.

Teqlər