Sen 15, 2020 14:20 Asia/Baku
  • Amerikalı casus terror aktlarında günahlandırıldı

Venesuelada üç nəfərlə birlikdə həbs edilmiş John Heat Mateus adlı casusdan, külli miqdarda ABŞ dolları, silahlar, peyk telefonları və plastik partlayıcı maddələr aşkar edilib.

SəhərAzəri xəbər verir, Venesuela rəsmiləri bildiriblər ki, ABŞ casusu John Heat Mateus Venesuelanın elektronika və neft sənayesinə qarşı hücumlar planlaşdırırıb və bu elə bir halda baş verib ki həmin iki həssas bölmə Korona epidemiyası üzündən ciddi problemlərlə üz üzə olub. 
Venesuelanın baş prokuroru Tark Uilliam Saab bazar ertəsi günü deyib: Bu Amerika vətəndaşının ölkəyə girmək üçün sənədləri yoxdur, Venesuelaya Kolumbiya sərhəddindən qanunsuz keçərək daxil olub. Pasportunun yalnız bir kopiya nüsxədi ayaqqabısından çıxarılıb və peyk telefonunun şifrəsini Venesuela rəsmilərinə açıqlamaqdan imtina etib.

Teqlər