Sen 15, 2020 18:22 Asia/Baku
  • Quterreş Rusiya və Amerikanı

BMT baş katibi ABŞ və Rusiyanı "Yeni Start" müqaviləsini (strateji silahların azaldılması müqaviləsi) uzatmağa çağırıb.

SəhərAzəri xəbər verir, BMT-nin baş katibi hazırda "Yeni  start" müqaviləsinin beş il müddətinə uzadılmasının beynəlxalq tərksilah və təhlükəsizlik üçün prioritet olduğunu bəyan edərək, deyib: "BMT ABŞ və Rusiyanı "Yeni Start" müqaviləsini uzatmaq üçün sürətlə hərəkətə keçməyə çağırıb".

Quterreş qeyd edib ki, "Yeni Start" müqaviləsi dünya təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.

Rusiya və ABŞ iyun ayından etibarən "Yeni Start" müqaviləsini uzatmaq üçün danışıqlara başlayıblar; Bu müqavilə Rusiya və Amerika arasında yeganə silah müqaviləsidir ki, Vaşinqton ondan çıxmayıb.

"Yeni Start" sazışının müddəti 2021-ci il fevral ayında sona çatacaq.

Teqlər