Sen 19, 2020 10:30 Asia/Baku
  • Avropa yeni anti-rasizm layihəsini icra etməyə hazırlaşır

Avropa Birliyi beynəlxalq sionizmin maraqlarına xidmət çərçivəsində yeni kampaniyaya başlayır.

Səhər Azəri bildirir ki, Avropa Birliyi etnik irqçiliyə qarşı mübarizə kampaniyasına start verib və tezliklə yeni anti-rasizm layihəsi həyata keçiriləcək.

"Euro News"un məlumatına görə, Avropa Birliyinin İrqçiliyə Və Ədalətsizliyə qarşı Komissiyasının sədri Helena Dalli, Avropada irqçiliyə səbəb kimi, tərbiyə və təhsilin zəif və pis olmasını göstərib.

"Uşaqlıq dövründən bəzi yanlış halların öyrənilməsinə mane olmalıyıq", -deyə Dalli əlavə edib.

Avropa Birliyinin irqçilik və onun köklərini aradan qaldırmağa dair layihəsi daha çox müxtəlif sektorlar, o cümlədən təhsil və işə qəbul bölmələrində irqçiliklə mübarizəyə təmərküzləşibdir.

İnsan haqları təşkilatlarının məlumatına əsasən, Avropa Birliyində irqi ayrı-seçkilik daha çox təhsil, mənzil və məşğulluq sahələrinə aiddir.

Bu məlumat elə bir halda yayılıb ki, son illərdə Avropada ekstremist və irqçi sağçı qrupların fəaliyyəti kəskin şəkildə artıbdır və müsəlmanlar, miqrantlar və rənglidərililər irqçi hücumların əsas qurbanlarıdırlar.

Teqlər