Sen 19, 2020 15:21 Asia/Baku
  • Təl-Əvivdə Ermənistan səfirliyinin rəsmi açılışı oldu

Yəhudilərin yeni ili astanasında Təl-Əvivdə Ermənistan səfirliyinin rəsmi açılışı oldu.

Səhər Azəri bildirir ki, işğal edilmiş Fələstində Ermənistan səfirliyi rəsmən fəaliyyətə başlayıb. 

"Vesti" qəzetinin yazdığına görə Ermənistanın Təl-Əvivdəki səfirliyinin rəsmi açılış mərasimi İsrail Xarici İşlər Nazirliyinin "Avrasiya-2" departamentinin başçısı İshaq Karmel Kaqanın iştirakı ilə keçirilib. 

İsrail tərəfi Ermənistan səfirliyinin rəsmən fəaliyyətə başlamasını müsbət qarşılayaraq, bunu iki tərəf arasında əlaqələrin genişləndirilməsi üçün münasib addım adlandırıb. 

Ermənistan 1992-ci ildən İsrail ilə diplomatik əlaqələrə malikdir. İsrail ilk dəfə olaraq 2017-ci ildə Ermənstan üzrə səfir təyin edib.

Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən və Türkiyə əleyhinə ərazi iddiasında olan Ermənistanın İsrail kimi işğalçı rejim ilə əlaqələrini genişləndirməsi region üçün yaxşı heç nə vəd etmir. Və İrəvanın Təl-Əvivə yaxınlaşması xüsusilə Qarabağ münaqişəsinin həlli prosesini təsir altına ala bilər. 

Teqlər