Sen 20, 2020 18:17 Asia/Baku
  • Rusiya: ABŞ-ın özünü bu qədər təhqir etməsi acı vericidir

"ABŞ "Tətik" mexanizminə təkid etməklə öz eqois istəklərini başqalarına diktə etmək, bununla da beynəlxalq qanunları zəiflətmək niyyətindədir"

Səhər Azəri bildirir ki, bunu Rusiyanın BMT-dəki baş diplomatı Dimitri Polyanski deyib.

Rusiyanın BMT-dəki səfirinin müavini Dimitri Polyanski ABŞ-ın İran əleyhinə beynəlxalq sanksiyaların bərpasına israr etməsini "özünü təhqir" üzrə acı verici rəftar adlandırıb. 

D.Polyanski ABŞ dövlət katibinin "Tətik" mexanizmi ilə bağlı iddiasına reaksiya olaraq Tvitter-də yazıb: "Birləşmiş Ştatlar öz eqoist istəklərini digər ölkələrə diktə etməklə beynəlxalq qanunları zəiflətmək istəyir. Görəsən bizim amerikalı əməkdaşlarımızın ciddi-cəhdlə müdafiə etdikləri və sadəcə az sayda ölkənin qərar qəbul etmək haqqına malik olduğu "qanunun aliliyi prinsipinə əsaslanan yeni dünya nizamı" anlayışı budur? 

Böyük bir dövlətin özünü bu şəkildə təhqir olunmuş vəziyyətə salmasını, gülünc sayıqlamalar ilə  Təhlükəsizlik Şurasının digər üzvlərinə qarşı çıxmasını izləmək necə də acıdır. Və tərslik edib, Hamımız avqust ayında tam aydın şəkildə bildirdik ki, ABŞ-ın "Tətik" mexanizminin işə salınmasına dair iddiaları əsassızdır. Görəsən Vaşinqton kardır?"

Mayk Pompeo şənbə günü axşam BMT-nin İran əleyhinə bütün sanksiyalarının bərpa olunması ilə yanaşı, silah qadağasının müddətinin də həmişəlik olaraq uzadılacağını iddia edib və deyib: Tehranın "xaos, zorakılıq və qırğınlara" rəvac verməyi dayandırmadığı zamana kimi ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasəti davam edəcək. 

Teqlər