Sen 27, 2020 12:42 Asia/Baku
  • Amerika İrana qarşı silah sanksiyalarının üzadılması ilə müxalif olanları bir daha hədələyib

ABŞ-ın BMT-dəki nümayəndəsi Ağ Ev-in anti-İran münasibətinin davamında təhdidlə bildirib ki, İrana qarşı silah sanksiyalarının üzadılması ilə müxalif olan ölkələrə Amerikanın məhdudiyyətləri və sanksiyaları tətbiq ediləcək.

SəhərAzəri xəbər verir, Kelli Kraft şənbə günü CBS informasiya kanalı ilə müsahibədə Vaşinqtonun anti-İran hərəkələtlərini müşayiət etmədiklərinə görə, Almaniya, Fransa və İngiltərəni tənqid edib. Bildirib ki. 2231 saylı qətnaməni pozacaq hər bir ölkəyə məhdudiyyətlər tətbiq olunacaqdır.

Kelli Kraft sonra deyib: Amerika Çin və Rusiyanın bu barədəki mövqelərindən xəbərdar idi, amma Avropa üçlüyünün hərəkəti təəssüfləndirici hal idi.

BMT Təhlükəsizlik Şurasının əksər üzvlərinin müxalifətlərinə rəğmən, ABŞ-ın dövlət katibi Mayk Pompeo sentybarın 20-də iddia etdi ki, BMT-nin İrana qarşı sanksiyaları, o sıradan silah sanksiyaları bərpa edilib. Bu iddia geniş müxaliflətlərlə üzləşibdir.

Teqlər