Sen 28, 2020 17:31 Asia/Baku
  • Koronavirus pandemiyasının ikinci dalğası ilə eyni zamanda həyəcan təbili çalınır

Mütəxəssislərin fikrincə koronavirus pandemiyasının ikinci dalğasının soyuq mövsümün yayqın xəstəlikləri ilə eyni zamana təsadüf etməsi, Britaniyanı ikinci dünya müharibəsindən sonra ən böyük sağlamlıq problemi ilə üzləşdirib.

SəhərAzəri xəbər verir, Britaniyanın Milli Statistika Mərkəzindən verilən məlumata görə, 57 mindən çox ölü ilə koronavirus qurbanları sayı baxımından lider olan bu ölkə hazırda koronavirusun ikinci dalğası və ondan irli gələn narahatlıqlarla üz-üzədir. 

Britaniya İcmalar Palatasının deputatı deyib: "Bu il qiş fəslində bu böhran üçün heç bir planımız olmadan və koronavirusun testləri üçün lazımi imkanlar təmin olunmadan bu virusun ikinci dalğası ilə qarşılaşacağıq."

Britaniyada koronavirusa yoluxanların sayı bu ölkədə pandemiyanın başlanmasından bəri ən pik həddə çatıbdır.

Britaniyanın səhiyyə naziri Matt Hankokun dediyinə əsasən, bu ölkədə gündəlik 10 min nəfər koronavirusa yoluxur ki, onlardan təxminən altı min nəfəri müəyyən edilir.

Koronavirus üçün test dəstlərinin çatışmazlığı və bunun üçün uzun növbələrin təşkil olunması ölkədəki koronavirus xəstələrinin həqiqi sayının gizli qalmasına səbəb olan əsas amillər kimi göstərilir.

Teqlər