Okt 01, 2020 08:42 Asia/Baku
  • Almaniyadan Türkiyə-Yunanıstan savaşı barədə xəbərdarlıq

Almaniya kansleri Türkiyə ilə Yunanıstan arasında hərbi qarşıdurma barədə xəbərdarlıq edib.

Angela Merkel bu ölkə parlamentindəki çıxışında Türkiyə, Yunanıstan və Kipr arasında gərginliyin şiddətlənməsilə bağlı xəbərdarlıq edərək, bildirib ki, Afina və Ankara müharibəyə yaxınlaşıblar.

Merkel söyləyib: Heç kəs təsəvvür edə bilməz ki, hərbi qarşıdurma ilə dinc həll yolu arasında nə qədər az məsafə mövcuddur.

Türkiyənin Şərqi Aralıq dənizi bölgəsində enerji ilə bağlı kəşfiyyat-qazıntı əməliyyatları aparması üstündə bu bölgədə meydana gələn çəkişmələr son həftələr ərzində şiddətlənibdir.

Yunanıstan/ Fransa və bəzi Avropa ölkələri ilə yanaşı, iddia edir ki, Türkiyənin hərəkətləri qanunsuz və gərginlikyaradandır. Onlar bu hərəkətlərinin nəticələri haqda Ankaraya xəbərdarlıq ediblər.

Türkiyə isə bildiribdir ki, bu ölkə yalnız özünün Aralıq dənizindəki hüquqlarını təmin etməkdədir.

Teqlər