Okt 06, 2020 14:10 Asia/Baku
  • Bağdad: “ABŞ 1500 əsgərini İraqdan çıxardı”

İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ-ın 1500 əsgərini İraqdan çıxardığını söyləyib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Fuad Hüseyn televiziya verilişində ABŞ-ın Bağdaddakı səfirliyinin bağlanması ilə bağlı söh-söhbətlərə reaksiya verib.

 

“ABŞ səfirliyini bağlamaqla bizi hədələməyib və nümayəndə heyətlərinə və hava limanlarına edilən hücumlar ABŞ hökumətini Bağdaddakı səfirliyini bağlamaq barədə düşünməyə məcbur edib”, - deyən Fuad Hüseyn, ABŞ-ın dövlət katibi Pompeonun ABŞ hökumətinin Yaşıl Zona və Bağdad Hava Limanına hücumların artması ilə bağlı narahatlığını prezident Trampa çatdırdığını və İraqa olan müraciətdə hökumətin təhlükəsizlik vəziyyəti və səfirliklə necə davranacağı barədə fikirləri öz əksini tapdığını bildirib.

 

Nazir əlavə edib ki, yalnız səfirliklər deyil, İraq xalqı da hədəfə alındığını və İraq ərazisinin hədəfə alındığını və qurbanların iraqlı olduğunu da vurğulayıb: “ABŞ səfirliyinin bağlanması İraqın bir çox Avropa və Ərəb nümayəndə heyəti ilə münasibətlərinə təsir edəcək. Bəzi ölkələr ABŞ-ı tərk etməməyə inandırmaq üçün görüşdülər.

 

Bütün Qərb və ərəb ölkələri ABŞ-ın ayrılma qərarından narahatdır. ABŞ-ın geri çəkilməsi İraqa beynəlxalq inamsızlıq yaradacaq. İraqın əvvəlki nəsilləri İraqın keçmişdəki beynəlxalq təcridinin əvəzini ödəyiblər.

 

İraq hökumətinin işi ABŞ səfirliyini və digər beynəlxalq heyətləri qorumaqdır.

 

İraq hökuməti bununla bağlı bir neçə siyasi addım atdı, ‌ Bağdadın təhlükəni izah etmək üçün partiyalarla və bəzi siyasi liderlərlə də əlaqə qurdu.

 

Hücumları həyata keçirməkdə günahlandırılan bir qrup şəxs həbs olundu”.

 

Bundan əvvəl, son vaxtlar səfirliklərə edilən hücumları müzakirə etmək üçün Tehrana getdiyini bildirən Fuad Hüseyn, belə danışıb: “İranın İraq gerçəkliyində fəal rolu var. İranla həqiqi və konkret bir dialoqa başlamalıyıq (təsiri barədə). Bu dialoq pərdə arxasında masa üzərində aparılmalıdır. İranın İraqa qarşı müsbət addımlar atacağını düşünürük”.

 

ABŞ-ın 1500 əsgərini İraqdan çıxardığını da qeyd edən nazir, xarici hərbi qüvvələrin İraqdan çıxarılması üçün bir cədvəlin texniki-hərbi-təhlükəsizlik planlarına uyğun olaraq hazırlandığını da söyləyib.

 

Daxili və xarici problemlərin dialoq yolu ilə həll edilməli olduğunu söyləyən nazir, bəzi silahlı qrupların Yaşıl Bölgəyə hücumun məsuliyyətini öz üzərinə götürdüklərini söyləyib: “Hökumət və silahlı qruplar arasında birbaşa dialoq yoxdur. Yaşıl Bölgəyə və səfirliyə və vətəndaşlara edilən hücum şərtsiz olaraq dayandırılmalıdır. Qanunsuz qruplar qəbul edilə bilməz. Müxalifət qrupları erkən seçki və ya parlament seçkiləri ilə hökuməti dəyişdirə bilər”.

 

İraqın xarici işlər naziri baş nazir Mustafa Əl-Kazıminin Səudiyyə rejiminə səfərinin hələ də gündəmdə olduğunu açıqlayıb.

 

Deyerler.org

Teqlər