Okt 11, 2020 13:29 Asia/Baku
  • Viskansin ştatı etirazlarında azı 28 nəfər həbs olunub

ABŞ polisi bu ölkənin Viskansin ştatındakı anti-rasist etirazlarında azı 28 nəfərin həbs olunmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Polis bildirib ki, yerli vaxtla şənbə günü keçirilən aksiyada onlarla nəfər Milvaki ətrafındakı «Wauwatosa» şəhərində aksiya keçirib. Onlar qaradərili yeniyetməni güllə ilə qətlə yetirmiş polis zabitinə bəraət qazandırılmasına etiraz ediblər.

Ötən çərşənbə günü ABŞ prokurorluğu bildirdi ki, 17 yaşlı qaradərili yeniyetmə Alvin Kolu qətlə yetirmiş polis zabiti Cozef Mensa müqəssir deyildir. Məhz elə bundan sonra «Wauwatosa» şəhərində geniş etirazlar formalaşıbdır.

Bu etirazlar elə bir halda başlanıbdır ki, afroamerikalı Corc Floydun polis tərəfindən amansızcasına qətə yetirilməsinə görə, bir neçə aydır, Amerikada və dünyada bu ölkədə kök salmış rasizmə qarşı geniş aksiyalar keçirilməkdədir.

Teqlər