Okt 12, 2020 09:08 Asia/Baku
  • ABŞ-ın Viskonsin ştatında federal qüvvələr etirazçılara basqın edib

ABŞ-ın Viskonsin ştatında federal qüvvələr , bir məhkəmənin ədalətsiz qərarına və qətldə ittiham olunan bir polisə bəraət qazandırdığına etiraz olaraq, küçələri axışan anti-rasizm etirazçılara hücum edərək, onları kəskin şəkildə repressiya məruz qoyub.

küçə etirazlarının üçüncü gecəsində polis qüvvələri gözyaşardıcı qaz tətbiq edərək, etirazçılardan 28-nəfəri saxlayıbdır.

Viskonsin ştatında irqi ayrı-seçkiliyə etirazlar, rayon məhkəməsinin 17 yaşlı qaradərili bir yeniyetmənin qətlində ittiham olunan polis zabitinə bəraət verdikdən sonra başlayıb.

ABŞ-da aksiyaçılar irqçiliyə və məhkəmə sisteminin ədalətsizliyinə etiraz olaraq, üç gecədir ki, küçələrə axışırlar.

Viskonsin polisi də komendant saatının pozulması bəhanəsi ilə etirazçıların bir qrupunu saxlayıb.

Afro-amerikan Corc Floydun qəddarcasına polis tərəfindən öldürülməsindən sonra, bu ölkədəki ayrı-seçkilik və zorakı davranışlara qarşı kütləvi aksiyalar bu ölkə boyu baş qaldırıb və hadisədən üç aydan çox bir müddətin keçməsinə baxnayaraq, Portlend şəhəri başda olmaqla bəzi şəhərlər hələ də anti-rasizm etirazlarının şahididir. 

ABŞ prezidenti Donald Tramp etirazçılaraı yatırmaq üçün Portlend şəhərinə 100-dən çox federal qüvvə göndərib, Lakin onun bu hərəkəti etirazları daha da alovlandırıb.

Teqlər