Okt 13, 2020 07:37 Asia/Baku
  • Helmənddə döyüşlər davam edir

Əfqanıstanın Helmənd vilayətində gedən kəskin döyüşlər hökumət və Taliban qüvvələrindən onlarla nəfərin ölməsi və yaralanması ilə nəticələnibdir.

SəhərAzəri xəbər verir, Helmənd valisinin sözçüsü Ömər Jvak bu vilayətdə gedən döyüşlərin şiddətləndiyini etiraf edib. O deyibdir ki, bazar ertəsi günü axşam xüsusən Nadəli və Navə rayonlarının yaxınlığında gedən döyüşlərdə hökumət və Taliban qüvvələrindən onlarla nəfər ölüb və yaralanıbdır.

Helmənd valisinin sözçüsü proqnoz edibdir ki, köməkçi qüvvələrin gəlib çatması ilə Taliban-ın hücumları Helmənd vilayətində döyüşlərin getdiyi bütün bölmələrdən tam şəkildə dəf olunacaq və Taliban qüvvələri bölgədən geri çəkiləcəklər.

Helmənd vilayətinin Əfqanıstan parlamentindəki nümayəndələrindən olan Zəfər Sadeqi də xalq və hökumət qüvvələrinin Taliban qarşısındakı müqavimətini mühüm adlandırıb və hökumətdən istəyibdir ki, Taliban-ın təcavüzkarlığı ilə mübarizə üçün bu qrupa qarşı hücumların kəskinləşdirilməsi barədə göstəriş versin.

Ötən bir ay ərzində Taliban ilə əfqan hərbçilər arasındakı döyüşlər elə bir halda şiddətlənibdir ki, Əfqanıstan xalqı, Əşrəf Qəni hökuməti ilə Taliban arasında Qətərin Doha şəhərində sülh müzakirələrinin başlanması ilə atəşkəsin qurulacağına ümid edirdi.

Teqlər