Okt 15, 2020 18:43 Asia/Baku
  • Rusiyada ən iri terror əməliyyatlarından biri uğursuz qalıb + Video

Rusiyada ən iri terror əməliyyatlarından biri uğursuz qalıbdır.

SəhərAzəri xəbər verir, Rusiya Federal Təhlükəsizlik Təşkilatı bildiribdir ki, bu ölkənin Volqoqrad şəhərində bir terror qrupunun üzvlərindən bir neçə nəfərin həbs edilməsi və onların komandirlərindən iki nəfərin öldürülməsi ilə həmin beynəlxalq terror qrupunun Rusiyanın bir neşə şəhərində böyük təxribatçılıq əməliyyatı uğursuz qalıbdır.

Rusiyanın təhlükəsizlik qüvvələrinin bu terror qrupunun Volqoqrad şəhərində yeləşən gizli məkanına qarşı hücumu zamanı həmin qrupun üzvləri müxtəlif tipli avtomat silahlarla məmurlarla toqquşublar.

Tərəflər arasında kəskin mübarizə və iki saat müddətinə atəş mübadiləsi nəticəsində terrorçuların başçısı və onun əlaltılarından biri öldürülüb, bir neçə nəfər də həbs olunubdur.

Bu terror qrupunun gizli məkanının təftiş edilməsi zamanı onlarla avtomat silah, əl qumbarası, kütləvi qırğın silahları düzəltmək üzrə kimyəvi maddələr, həmçinin Moskva, Sankt-Peterburq və Volqoqradda mühüm və izdihamlı hərbi məkanlara qarşı hücum planları aşkar edilərək, müsadirə olunubdur.

Rusiya Federal Təhlükəsizlik Təşkilatının rəisi Aleksandr Bortnikov Moskva, Sankt-Peterburq və Volqoqradda bu terror qrupunun digər üzvlərinin həbs olunmalarının davam etməsinə işarə ilə deyib: Əldə olunan sənədlər göstərir ki, bu təhlükəli terror qrupu beynəlxalq səviyyədə fəaliyyət göstərirmiş və onun əsas üzvləri Rusiyanın Qafqaz bölgəsi və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarındandırlar.

 

Teqlər