Okt 22, 2020 16:24 Asia/Baku
  • ABŞ Konqresinin bəzi üzvləri Pompeonu G20 zirvəsini boykot etməyə çağırıblar

ABŞ Konqresinin bəzi üzvləri bu ölkənin xarici işlər nazirinə bir məktub ünvanlayaraq, Ərəbistanın paytaxtı Ər-Riyadda keçiriləcək G20 zirvə görüşünü boykot etməyə çağırıblar.

SəhərAzəri "Əl-Ərəbi Əl-Cədi" xəbər portalına istinadla xəbər verir ki, ABŞ Konqresinin 45 üzvü dövlət katibi Mike Pompeo-ya bir məktub yazaraq, Səudiyyə Ərəbistanının insan haqları ilə bağlı “qara dosye”si səbəbindən noyabrın 20-də Ər-Riyadda keçiriləcək G20 sammitini boykot edilməyə çağıraraq, bildiriblər ki, ABŞ dövləti Ərəbistandan bu qara dosyedə əsaslı dəyişiklər etməyi tələb etməlidir.

"Səudiyyə Ərəbistanı öz dosyesini islah etmək üçün dərhal hərəkətə keçmədiyi təqdirdə, rəsmi Vaşinqton Ər-Riyad ilə bütün gələcək münasibətlərini insan haqları ilə bağlı islahatların aparılması ilə şərtləndirməlidir", -deyə ABŞ Konqresinin üzvləri bu məktubda əlavə ediblər. 

 İndiyə qədər nə ABŞ, nə də Səudiyyə hökuməti konqres nümayəndələrinin bu tələbinə cavab verməyib.

Bundan əvvəldə Avropa Parlamentinin 65 üzvü Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula Von Der Leyenə bir məktub ünvanlayaraq, Avropa İttifaqı rəsmilərini və dünya başçılarını, Səudiyyə Ərəbistanın insan haqlarını davamlı və kobud şəkildə pozduğu üçün bu ölkənin gələn ay ev sahibliyi edəcək G20 zirvə toplantısına qatılmaqdan imtina etməyə çağırıblar.

 G20 zirvə görüşünün cari il noyabrın 21-22-i Riyadda keçirilməsi planlaşdırılıb.

Teqlər