Okt 23, 2020 00:20 Asia/Baku
  • Edvard Snoudenə Rusiyada müddətsiz yaşamaq icazəsi verilib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenə Rusiyada müddətsiz yaşamaq icazəsi verilib.

 SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə Snoudenin vəkili Anatoli Kuçerena istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyasının qanunvericiliyi E. Snoudenə ölkədə müddətsiz yaşamaq icazəsinin verilməsini mümkün edir.

Vəkil qeyd edib ki, müddətsiz yaşamaq icazəsinin verilməsi proseduru yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən uzansa da, indi müsbət cavab alınıb.

A. Kuçerena vurğulayıb ki, E. Snoudenin səhhəti qaydasındadır.

Xatırladaq ki, E. Snouden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə aid məxfi sənədləri mətbuata sızdırıb. O, 2013-cü ildə ABŞ-dan qaçaraq Rusiyada müvəqqəti sığınacaq alıb.

 

Teqlər