Okt 25, 2020 12:14 Asia/Baku
  • Kabildə kamikadze partlayışında 75 nəfər ölüb və yaralanıb

Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü bu ölkənin paytaxtı Kabildə baş vermiş kamikadze partlayışında azı 75 nəfərin ölməsi və yaralanmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Tariq Aryən bildirib ki, bu kamikadze partlayışında on səkkiz nəfər ölüb, 57 nəfər də yaralanıbdır.

Bir kamikadze amili dünən axşam özünü Kabil şəhərinin qərbindəki «Dəşte Bərçi» bölgəsində yerləşən «Kousəre Daneş» təhsil mərkəzinin yaxınlığında partladıbdır.

Bu terror partlayışının əksər qurbanları həmin mərkəzdə təhsil alan yeniyetmələr olublar.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Kabil terror hücumunu pisləyib və Əfqanıstanın hökuməti, xalqı və bu cinayət qurbanlarının ailələrinin kədəri ilə bölüşübdür.

Teqlər