Okt 26, 2020 12:31 Asia/Baku
  • Dünyada koronaya yoluxanların sayı 43 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 43 379 774 nəfər korona virusuna(Covid 19) yoluxmuşdur.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, İndiyə qədər dünyada 43 milyon 379 min 774 nəfər koronavirusa yoluxmuşdur. Ayrıca, bu günə qədər 31 milyon 920 min 13 xəstə sağalıb və 1 159 646 nəfər ölüb.

Amerika 8 milyon 889 min 183 nəfər koronavirus xəstəsi və 230 min 510 nəfər COVID-19 qurbanı ilə həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan, Braziliya, Rusiya, Fransa, İspaniya, Argentina, Kolumbiya, Meksika, Peru, İngiltərə, Cənubi Afrika, İran və İtaliya sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.

Teqlər