Okt 27, 2020 10:11 Asia/Baku

Rusiya lideri, regional və qlobal sabitliyin möhkəmlənməsi üçün inamsızlıq defisitinin azaldılması üzrə aktiv səylərə də ehtiyacın olduğunu bildirib.

SəhərAzəri RİA.Novosti-nin məlumatina istinadən xəbər verir, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya-NATO xətti üzrə gərginliyin azalmaması nəzərə alındıqda ümumavropa təhlükəsizliyi üçün yeni təhdidlər aşkardır.

Rusiya prezidenti Orta və Yaxın mənzilli raketlərə dair Müqavilə barədə bəyanatla çıxış edib və Avropada gərginliyin azaldılması üzrə tədbirlər təklif edib.

"Rusiya Federasiyası Orta və Yaxın mənzilli raketlərə dair Müqaviləni beynəlxalq təhlükəsizlik və strateji sabitliyin təmin olunması üzrə arxitekturanın vacib bir elementi olduğuna inanmağa davam edir. Bu müqavilə Avropa məkanında raket sahəsində proqnozlaşdırıla bilmə və təmkinliyin saxlanılmasında xüsusi rol oynayıb", - deyə Putin qeyd edib.

O, eyni zamanda NATO tərəfindən də qarşılıqlı addımlar atılması şərti ilə rəsmi Moskvanın Rusiya Federasiyasının Avropa hissəsində 9М729 raketlərini yerləşdirməməyə hazır olduğunu da bildirib.

Rusiya lideri, həmçinin regional və qlobal sabitliyin möhkəmlənməsi üçün inamsızlıq defisitinin azaldılması üzrə aktiv səylərə də ehtiyacın olduğunu bildirib.

Teqlər