Okt 27, 2020 10:45 Asia/Baku
  • Dünyada koronadan sağalanların sayı 32 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 32 200 294 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, İndiyə qədər dünyada 43 milyon 817 min 194 nəfər koronavirusa yoluxmuşdur. Ayrıca, bu günə qədər 32 milyon 200 min 294 xəstə sağalıb və 1 165 104 nəfər ölüb.

Amerika 8 milyon 962 min 783 nəfər koronavirus xəstəsi və 231 min 45 nəfər COVID-19 qurbanı ilə həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan, Braziliya, Rusiya, Fransa, İspaniya, Argentina, Kolumbiya, Meksika, İngiltərə, Peru, Cənubi Afrika, İran və İtaliya sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.

Teqlər