Okt 27, 2020 17:04 Asia/Baku
  • Pakistanda dəhşətli partlayış

Pakistanın Peşəvər bölgəsində mədrəsədə partlayış baş verib.

SəhərAzəri Farsnews xəbər agentliyinini verdiyi məlumata istinadən xəbər verir, Peşəvərin Deyr bölgəsindəki mədrəsənin içərisində baş vermiş partlayışda uşaqlar da daxil olmaqla yeddi nəfər həlak olub, 70 nəfər yaralanıb.

Partlayış günortadan bir müddət sonra xeyli sayda uşağın təhsil aldığı məktəbin qarşısında baş verib.

Partlayış o qədər şiddətli olub ki, səsi uzaqdan eşidilib. Bölgə sakinləri yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırılıblar, bundan sonra hadisə yerinə polis və təhlükəsizlik qüvvələrindən əlavə xilasetmə və təcili yardım qüvvələri göndərilib.

Həkimlər yeddi nəfərin ölümünü təsdiqləyib, 70 nəfərə tibbi yardım göstərilir. Ölənlər arasında məktəbdə oxuyan beş uşaq da var.

Polis partlayıcı maddələrin bir nəfər tərəfindən məktəbə gələnlərdən birinin çantasına qoyulduğunu söyləyib.

Teqlər