Okt 28, 2020 10:20 Asia/Baku
  • Koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb

Dünyada son həftədə yeni növ koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb.

 SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən həftə ərzində 2,8 milyondan artıq insan yeni koronavirusa yoluxub, təxminən 40 min nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 42 milyondan, ölənlərin sayı isə 1,1 milyondan artıqdır.

Bildirilir ki, hazırda yoluxma hallarında böyük artım Avropa regionunda müşahidə edilir - bir həftə ərzind 1,33 milyondan artıq yoluxma qeydə alınıb.

Ötən həftə ərzində yoluxma sayına görə ikinci yerdə Şimali və Cənubi Amerika yerləşib - burada bir həftə ərzində koronavirusa 884 mindən artıq insan yoluxub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Teqlər