Okt 30, 2020 08:51 Asia/Baku
  • Bir gündə Fransada üç terror hücumu həyata keçirilib

Emmanule Makronun islamofob siyasətlərinin şiddətlənməsinin ardınca Fransada gərgin atmosfer hökm sürməkdə davam edir.

SəhərAzəri xəbər verir, Bu ölkədə baş vermiş hadisələrdə bir neçə nəfər ölüb və yaralanıbdır. Fransa cümə axşamı günü üç terror hücumunun şahidi olubdur.

Fransız «Velor Ektuel» jurnalı xəbər veribdir ki, bomba yerləşdirilmiş bir avtomobil Fransanın şimalında, «İl do Frans» bölgəsində yerləşən Sartruvil şəhərindəki bir katolik kilsəsinin qarşısında zərərsizləşdirilib və avtomobili sürən şəxs həbs olunubdur.

İlk terror hücumu cümə axşamı günü Fransanın cənub-şərqində yerləşən Nitsa şəhərindəki bir kilsənin yaxınlığında baş verib. Azı üç nəfər ölüb, bir qrup şəxs də yaralanıbdır.

Belə bir halda, başqa bir terror hadisəsi iki saat sonra Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində baş verib və hücumçu şəxs polisin atəşi nəticəsində öldürülübdür.

Fransanın baş naziri Jan Kasteks son terror hücumlarından sonra bu ölkədə təhlükəsizlik qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsinə işarə edərək, bildiribdir ki, bu terror hücumlarına cavab ciddi və qətiyyətli olacaqdır.

Teqlər