Noy 18, 2020 11:20 Asia/Baku
  • Tramp Kibertəhlükəsizlik agentliyinin rəhbərini işdən qovub

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyinin başçısı Kris Krebsin vəzifəsindən çıxarılması haqqında qərar qəbul edib.

SəhərAzəri xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkədə bildirib.

"Kris Krebs Kibertəhlükəsizlik və İnfrastruktur üzrə agentliyin başçısı vəzifəsindən çıxarılıb", - Tramp "Twitter"dəki hesabında yazıb.

O, Krebsin bir müddət öncə 2020-ci il seçkisinin tam təhlükəsiz olması barədə sözlərinin “çox qeyri-dəqiq” olduğunu bildirib.

Tramp Krebsi seçkidə baş verən çoxsaylı pozuntuları görməməsi ucbatından vəzifəsindən azad etdiyini bildirib.

Qeyd edək ki, Krebs noyabrin 17-də “Twitter” hesabında belə bir məlumat paylaşmışdı: “Seçki sistemlərinin manipulyasiyası barədə ehtimal edilən iddialara münasibətdə təhlükəsizlik üzrə 59 ekspertin hamısı razıdır ki, bizə məlum olan bütün hallarda bu iddialar əsassızdır”.

Bundan başqa, İnfrastrukturun Kibertəhlükəsizliyi və Qorunması Agentliyinin ötən həftə dərc etdiyi bəyanatında deyilir ki, “noyabrın 3-də keçirilən seçkilər Amerika tarixində ən ədalətli seçkilərdir”.

Krebs 2018-ci ildən bu vəzifəni tutur.

Teqlər