Noy 25, 2020 12:37 Asia/Baku
  • Çin və Yaponiya ixtilafların həlli barədə razılıq əldə ediblər

Çin və Yaponiya xarici işlər nazirləri fikir ayrılıqlarını həll etmək barədə razılığa gəldilər.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Yaponiya xarici işlər naziri Toşimitsu Moteqi və çinli həmkarı Vanq Yi Tokioda keçirilən görüşündə iki ölkə arasında müxtəlif məsələlər üzrə, o cümlədən Şərqi Çin məsələsində əməkdaşlıq etmək barədə razılıq əldə ediblər.

Görüşdə Yaponiyanın xarici işlər naziri iki ölkə arasında davamlı əlaqələrin inkişaf etdirilməsi vacibliyini vurğulayaraq, Tokionun "Senkaku" adaları ilə əlaqədar mövqeyi haqqında Vanq Yiyə məlumat verib və onu bu adaların ətrafındakı sularla bağlı konstruktiv davranmağa çağırıb.

Çinin xarici işlər naziri də ölkəsinin "Diaoyu" adı ilə tanınan adaların qədim dövrlərdən Çinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib və adalar ətrafındakı sularda vəziyyəti çətinləşdirə biləcək hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıb 

Vanq Yi əlavə edib: "İki ölkə yaxın gələcəkdə adlar ətrafında gərginliklə əlaqədar dənizdə və havada baş verə biləcək təsadüfi qarşıdurmanı aradan qaldırmaq üçün iki ölkənin müdafiə nazirlikləri arasında “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər.

Pekin və Tokyo arasında, Şərqi Çin dənizində Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı adalarla əlaqədar gərginlik yaşanır. Bu dəniz zəngin neft və qaz ehtiyatlarına malikdir. 

Teqlər