Noy 28, 2020 21:34 Asia/Baku
  • Tramp Pensilvaniya ştatında qələbə qazandığını iddia edib

ABŞ prezidenti prezident seşkilərində Pensilvaniya ştatında rəqibindən daha çox səs qazandığını iddia edib.

SəhərAzəri xəbər verir, Ağ Evdəki səlahiyyət müddətinin son günlərini yaşayan ABŞ-ın hazırkı prezident Donald Tramp bir daha Tvitter hesabında Pensilvaniya ştatında bülletenlərinin oğurlanmasından danışıb.

Tramp yazıb: "Bir milyon 126 min 940 səsinin sayılmayıb və o, Pensilvaniya ştatında böyük bir fərqlə qalib gəlib".

ABŞ prezidenti davamında, həmçinin yazıb: "Pensilvaniya və ABŞ-ın digər ştatlarında seçkilər saxtalaşdırılıb".

Tvitter sosial şəbəkəsi də dərhal Trampın bu tvitinə "aldadıcı etiketi" vurub.

Teqlər