Noy 29, 2020 10:17 Asia/Baku
  • Qara dəniz üzərində ABŞ və Rusiya arasında gərginlik yaşanıb

ABŞ təyyarəsi Rusiya sərhəddinə yaxınlaşıb, Rusiya da Su-27 qırıcı təyyarələri havaya qaldırıb.

 SəhərAzəri Axar-a xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ-a aid "Boinq RC-135" tipli kəşfiyyat təyyarəsi Qara dəniz səmasında uçuş edərkən Rusiya hava məkanına yaxınlaşıb:

“Rusiya sərhədlərinin pozulmasının qarşısının alınması məqsədilə Su-27 qırıcı təyyarələri havaya qaldırılıb. Rusiya qırıcıları Qara dəniz səmasında uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni müşayiət edib”

Teqlər