Noy 29, 2020 13:25 Asia/Baku
  • Tramp və Bayden

Almaniyada çap edilən "Bild" nəşri Co Baydenin "Şimal axını 2" boru kəməri layihəsini tam dayandırmaq üçün ciddi əzmindən xəbər verib.

SəhərAzəri İRİB-ə istinadən xəbər verir ki, bu elə bir haldadır ki, alman rəsmiləri Co Baydeni ilk təbrik edənlər sırasında idilər və Baydenin dövründə Rusiya ilə ən böyük enerji layihələrini başa vuracaqlarına ümid edirdilər.

ABŞ-da istər Senatda, istərsə də Nümayəndələr Palatasında Rusiya ilə Almaniya arasında qaz  kəmərinin inşasına qarşı çıxanlar vardır. Çünki bu boru kəmərinin Almaniyaya çəkilişi ilə Avropa enerji baxımından Rusiyaya daha yaxın olacaq, bundan əlavə Vaşinqton qazı ondan almalarını tələb edir.

Hətta amerikalı senator Ted Kruz deyib ki, bu kəmərin son nöqtəsi olan Almaniyanın şimalındakı "Zasnits" limanı sanksiyalar vasitəsilə məhv edilməlidir. Hansı ki, onun bu açıqlamasına reaksiya olaraq, Almaniya parlamentinin bir üzvü onu Avropaya buraxmamaq və bank hesabını dondurmağı təklif edib. ABŞ oktyabrın 20-dən etibarən "Şimal axını 2" boru kəmərinin inşasında iştirk edən şirkətlərə əməkdaşlıqlarına tam şəkildə son qoymaq üçün 30 gün möhlət verib əks təqdirdə, onları sanksiyalar gözləyir.

Teqlər