Dek 02, 2020 00:09 Asia/Baku
  • Almaniyada toqquşma nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb

Almaniyanın Trier şəhərində naməlum şəxs yoldan keçən bir qrupu insanı avtomobil ilə vurub.

SəhərAzəri xəbər verir, Alman polisinin məlumatlı bir mənbəsi açıqlayıb ki, Almaniyanın qərbində yerləşən Trier şəhərində olan bir gəzintidə, saatda 70 kilometrdən çox sürətlə hərəkət edən bir avtomobil, insanlara doğru surərkən, 4 nəfəri öldürüb, 15 nəfərə isə vədən xəsarəti vurub.
Şahidlər vurğulayıb ki, sürücü bilərəkdən piyadalara doğru sürüb və onları əzib keçib. Polis sürücünü tutaraq vətəndaşları qəza səhnəsindən uzaqlaşdırıb.
Trier şəhəri Frankfurtun qərbində, Almaniyanın Lüksemburqla sərhədində yerləşir.

Teqlər