Dek 11, 2020 10:39 Asia/Baku
  • Dünyada koronadan sağalanların sayı 49 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 49 148 966 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, indiyədək dünyada 70 milyon 720 min 814 nəfər koronavirusa yoluxub. Ayrıca, bu günə qədər 49 milyon 148 min 966 xəstə sağalıb və 1 588 444 nəfər ölüb.

Amerika 16 milyon 39 min 393 nəfər koronavirus xəstəsi və 299 min 692 nəfər COVID-19 qurbanı ilə həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan, Braziliya, Rusiya, Fransa, İngiltərə, İtaliya, Türkiyə, İspaniya, Argentina, Kolumbiya, Almanya, Meksika və Polşa sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.

Teqlər