Dek 25, 2020 12:47 Asia/Baku
  • Moskva: Birləşmiş Ştatların Nüvə sazişinə qayıtması ön şərt və ya əlavə tələb olmadan olmalıdır

Rusiya Xarici İşlər Nazirliyi, ABŞ-ın Nüvə Sazişinə qeyd-şərtsiz qayıtmasının zəruriliyini vurğulayaraq, İranın nüvə anlaşmasını dəyişdirmək üçün edilən bütün səylərin uğursuz olduğunu bildirdi.

SəhərAzəri Fars Xəbər Agentliyinin Beynəlxalq Qrupunun verdiyi məlumata istinadla xıbır verir,, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova, ABŞ-ın İran nüvə razılaşmasına geri dönməsinin hər hansı bir şərt və ya əlavə tələb olmadan qayıtmasının lazım olduğunu təkrarladı.

Tass xəbər agentliyinin verdiyi məlumata görə, Zaxarova deyib: "ABŞ-ın İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planına (CJAP) qayıtmasının heç bir şərtlə əlaqələndirilmədən lazımdır.”

"Bu sahədə irəliləyiş olacağına inanırıq. İran liderlərinin bu istiqamətdə hərəkət etməyə hazır olduqlarını dəfələrlə təsdiqləməsini də qeyd etdik"-deyə Zaxarova əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi günü İran xarici işlər nazirlərinin və 4 + 1 qrupunun qeyri-rəsmi görüşünü xatırladaraq, iclasda iştirak edənlər ön şərt olmadan nüvə sazişinə qayıtmağın zəruriliyini xüsusi olaraq vurğuladığını da bildirib.

Zaxarova deyib:  "Nüvə anlaşmasını dəyişdirmək üçün edilən cəhdlər uğursuz oldu". "Bu razılaşma gündəmdədir və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin 20 iyul 2015-ci ildə yekdilliklə qəbul edildiyini nəzərə alaraq davam edəcəkdir."

Zaxarova təkid edib: "ABŞ da daxil olmaqla bütün ölkələrin bu qətnaməyə istisnasız əməl etmələri tələb olunur."

 

 

Teqlər