Dek 29, 2020 23:27 Asia/Baku
  • Dünyada koronadan sağalanların sayı 58 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 58 059 881 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, indiyədək dünyada 82 milyon 53 min 32 nəfər koronavirusa yoluxub. Ayrıca, bu günə qədər 58 milyon 59 min 881 xəstə sağalıb, 1 789 084 nəfər isə ölüb.

Amerika 19 milyon 830 min 636 nəfər koronavirus xəstəsi və 344 min 114 virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan (10 242 306), Braziliya (7 517 088), Rusiya (3 105 037), Fransa (2 574 041), İngiltərə (2 382 865), Türkiyə (2 178 580), İtaliya (2 067 487), İspaniya (1 906 057), Almanya (1 683 832), Kolumbiya (1 603 807), Argentina (1 590 513), Meksika (1 389 430) və Polşa (1 268 634) sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.

Teqlər