Yan 14, 2021 12:03 Asia/Baku
  • Baydenin andiçməsi günündə Vaşinqtona 20 min milli qvardiyaçı göndəriləcək

ABŞ paytaxtının Kolumbiya dairəsinin hüquq-mühafizə orqanları yeni seçilmiş prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə çox ciddi yanaşır, şəhərdə 20 min Milli Qvardiya əsgərləri yerləşdiriləcək.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bunu paytaxt polisinin rəhbəri Robert Konti mətbuat konfransında açıqlayıb.

“Mənim nigarançılıqlarım var idi və hazırda da var. Göstərəcəyimiz reaksiya kontekstində buna çox ciddi yanaşırıq. Vətəndaşları andiçmə günündə Vaşinqtona gəlməməyə çağırırıq, təhlükəsizliyə qarşı böyük bir təhdid gözlənilir”, - Konti belə deyib.

O, hüquq-mühafizə orqanları əməkdaşlarının, bu təhlükəni minimuma endirmək üçün çalışdıqlarını bəyan edərək, əlavə edib:

“Milli Qvardiyaya gəldikdə isə, bu, milli təhlükəsizliklə bağlı xüsusi bir tədbirdir, yekun rəqəmlər ABŞ Məxfi Xidməti tərəfindən veriləcək. Biz təxminən 20 min milli qvardiyaçının burada olacağını düşünürük”.

 

Teqlər