Yan 18, 2021 13:43 Asia/Baku
  • Fransada daha 9 məscid bağlanıb

Fransa rəsmiləri bu ölkədə İslamofob hərəkətlərin davamında 9 məscidin bağlandığından xəbər veriblər.

SəhərAzəri "Frans Press"in məlumatına istinadən xəbər verir, Fransanın Daxili İşlər Nazirliyi bazar günü (17 yanvar) İslam separatizmi ilə mübarizə bəhanəsi ilə 9 məscidin bağlandığını bildirib.

Fransa daxili işlər naziri Cerald Darmanin bir tvitdə yazıb: "Ciddi izlənilməsini tələb etdiyim 18 məscid və namazxanadan artıq 9-u bağlanıb".

Darmanin, həmçinin 2020-ci il dekabrın 2-də geniş tədbirlərin görüldüyünü və 76 məscidin izlənildiyini aşıqlamışdı.

Son həftələrdə Fransa müsəlmanlarının dini məkanları 34 dəfə təftiş edilib.

Fransa hökuməti son aylarda müsəlmanlara qarşı geniş məhdudiyyətlər tətbiq edib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun İslam Peyğəmbərinə (s.ə.s) qarşı təhqiramiz təsvirlərin yayılmasını dəstəkləməsi İslam dünyasının kəskin reaksiyası ilə üzləşib.

Teqlər