Yan 18, 2021 16:52 Asia/Baku
  • Londonda silahlı insident baş verib

London polisi soyuq silahla geniş qarşıdurmaya müdaxilə etmək məcburiyyətində qalıb.

SəhərAzəri "Express" internet portalının məlumatına istinadən xəbər verir, bazar günü Londonun qərbində Ealing bölgəsində butulka və qılıncla 40 nəfərin arasında baş verən dava polisi hadisə yerinə gətirib.

Bu qarşıdurma Londonda nəqliyyatın hərəkətində problem yaradıb. 

London polisi əllərində qılınc tutan iki nəfəri təqib edərək, saxladığını bildirib.

London polisi hadisənin səbəbi və xəsarətlərlə bağlı əlavə məlumat verməyib.

Teqlər