Yan 20, 2021 15:42 Asia/Baku
  • Bayden Qaşıqçının qətlilə bağlı sənədləri yaymaq qərarına gəlib

Baydenin Amerika milli kəşfiyyat idarəsinin rəisliyinə təklif etdiyi namizədin sözlərinə görə, gələcək hökuməti səudiyyə ilə müxalif olan jurnalistin qətlinə dair sənədləri gizlilik vəziyyətindən çıxaracaqdır.

SəhərAzəri Londonda çıxan Qardian qəzetinin nöqteyi-nəzərincə, Avril Hinsin Amerikanın seçilmiş prezidenti Co Baydenin Qaşıqçının qətli ilə bağlı məlumatları gizli sənədlər təsnifatından çıxarmaq qərarı barədəki sözləri o deməkdir ki, Amerika rəsmən Səudiyyə vəliəhdi Muhəmməd bin Salmanı səudiyyə ilə müxalif olan jurnalistin qətlinin müqəssiri kimi təyin etmək niyyətindədir.

Avril Hins dünən Amerika milli kəşfiyyat idarəsinin rəisliyi adını qazanmaq və senatorların etimad səsini əldə etmək üçü senatda olubdur.

Bu iclasda iştirak edən Oreqon ştatından olan senator Ron Viden vurğulayıbdır ki, Hinsin səlahiyyətinin konqresdə təsdiq olunacağı halda, o, Amerika milli kəşfiyyat idarəsinin rəisi kimi dərhal Tramp hökumətinin qanunsuzluqlarına və həddən ziyadə gizliliklərinə son qoya və Qaşıqçının qətlində məsuliyyət daşıyan şəxslərlə bağlı məlumatları yaya bilər.

BMT-nin xüsusi məruzəçisi Agnes Kallamard Hinsin sözlərindən sonra Qaşıqçının cəsədinin qalıqlarının saxlanıldığı məkan da daxil olmaqla bu hadisənin detallarının yayılacağına ümid bəslədiyini bildirib.

Camal Qaşıqçı 2018-ci ilin oktyabrında Ərəbistanın İstanbuldakı konsulluğunda faciəli surətdə qətlə yetirildi və cəsədi doğrandı.

Ərəbistan bu qətlin baş verməsilə bağlı on səkkiz gün susdu və onu inkar etdi. Nəhayət Türkiyə hökumətinin və Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatları sübut etdilərki, Qaşıqçının qətli Səudiyyə vəliəhdi Muhəmməd bin Salmanın birbaşa göstərişilə həyata keçirilibdir.

Teqlər