Yan 20, 2021 18:42 Asia/Baku
  • Məhəmməd Əli Əl-Husi: “ABŞ Yəmən müxalifətini təkəbbürə görə terrorçu adlandırır”

Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri Əl-Husi, ABŞ-ın təkəbbürlü davranşına, siyasətinə və düşmən hərəkətlərinə qarşı çıxan hər kəsi terrorçu adlandırdığını söyləyib.

SəhərAzəri Əl-Hüsi, ABŞ-ın HƏMAS-ı, Hizbullahı və İslami Cihad təşkilatını Amerikanın düşmən siyasətlərinə qarşı olduqları üçün onları terror siyahısına salındığını söylədi. ABŞ onların plan və siyasətni qəbul edən istənilən rejimlə əməkdaşlıq edir.

 Əl-Husi qeyd edir ki, ABŞ, hətta İsrail rejimi kimi ən böyük terrorçu cinayətkar olsa belə, onların plan və siyasətini qəbul edən istənilən rejimlə əməkdaşlıq edir.

Xatırladaq ki, yanvarın 10-da ABŞ Dövlət Departamenti Ənsarullah təşkilatını terror hərəkatı adlandırmaq və liderlərinə sanksiya tətbiq etmək qərarını açıqladı. Qeyd edək ki, 2015-ci ilin martın 26-dan etibarən, Səudiyyə rejimi tərəfindən idarə ediən Ərəb-Amerika koalisiyasının təcavüzkarlarına qarşı mübarizə aparan Yəmənin Ənsarullah hərəkatı, ABŞ hökuməti tərəfindən terrorçu elan edildi, Vaşinqton özü isə bölgədə və dünyada dövlət terrorunun əsas mənbəyidir və bu ölkənin 250 illik tarixi qətliamlar və cinayətlərlə zəngindir.

Teqlər