İyul 15, 2017 13:49 Asia/Baku
  • İran karateçiləri Asiya çempionu oldu
    İran karateçiləri Asiya çempionu oldu

İranın qızlar və oğlanlardan ibarət yığma komandası 6 qızıl, 4 gümüş və 2 bürünc medalla Asiya Çempionatının fəxri kürsüsünə yüksəlib.

Qazaxıstanın Astana şəhərində keçirilən Karate üzrə Asiya Çempionatının ikinci gününün sonunda İran yığması 6 qızıl, 4 gümüş və 2 bürünclə çempion olub.

Qızlarda fərdi katada Fatimə Sadiqi hindistinalı rəqibini 5:0, tailandlı rəqibini isə 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. O finalda malayziyalı rəqibini 3:2 hesabı ilə məğlub edərək qızıl medala layiq görülüb.

Oğlanlarda fərdi katada Əmir Yəzdan Tədəyyun Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı təmsilçilərini məğlub edərək finala yüksəlib. Tədəyyun finalda yaponiyalı rəqibinə uduzub və gümüş medala layiq görülüb.

Çempionatda 27 ölkədən 660 idmançı iştirak edir.

Teqlər