İyul 15, 2017 17:16 Asia/Baku
  • Məryəm Mirzaxani
    Məryəm Mirzaxani

İran İslam Respublikası prezidenti bir müraciətdə İran və dünyanın tanınmış fizika istedadı Məryəm Mirzaxaninin vəfat etməsi ilə bağlı başsağlığı verib.

Xərçəng xəstəliyinə görə, ABŞ xəstəxanalarından birində yatan Filds medalının laureatı və riyaziyyat müəllimi Məryəm Mirzaxani bu gün 40 yaşında dünyasını dəyişib. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu müraciətdə yazıb: İranın adını dünyanın elmi dairələrində yüksəldən yaradıcı və təvazökar alimin analoqsuz uğuru müxtəlif beynəlxalq sahələrdə və fəxrli zirvələrin qazanılması istiqamətində iranlı qadın və gənclərin yüksək təşəbbüsünün təqdim olunmasında dönüş nöqtəsi idi. 

Ruhani Məryəm Mirzaxaninin elmi xidmətləri və yaratdığı əsərlərin önəmini qeyd edərək yaxınlarına başsağlığı verib. 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi, elm, təhqiqat və texnologiyalar naziri Məhəmməd Fərhadi, BMT-nin İrandakı nümayəndəsi Qari Levis verdikləri müraciətlərdə iranlı istedadın vəfatı ilə bağlı başsağlığı veriblər. 

Məryəm Mirzaxani 1977-ci il 3 mayda Tehran şəhərində dünyaya gəlib. 

Bu iranlı ziyalı orta təhsilini bitirdikdən sonra İranın Sənət Şərif Universitetinin Riyaziyyat fakültəsini uğurla başa verib. Təhsilini davam etdirmək üçün ABŞ-ın Harvard Universitetinə yollanan Mirzaxani 1999-cu ildə Prinston Universitetində araşdırma və tədrislə məşğul olub. O bir çox çətin riyazi məsələlər üçün həll yolu tapıb. 

Mirzaxani 2014-cü ildə Rimani səviyyələrinin dinamikası və həndəsəsi və onların ölçü fəzaları sahəsində araşdırmalarına görə, Filds mükafatının qalibi olub. 

Mirzaxani Filds mükafatına layiq görülən ilk iranlı qadındır. 

Teqlər