İyul 17, 2017 10:41 Asia/Baku
  • Körpələrin iməkləmə yarışı
    Körpələrin iməkləmə yarışı

ABŞ-ın Nyu-York şəhərində ildə körpələrin iməkləməsi yarışı keçirilir.

Press TV-nin məlumatına görə, 6-24 aylıq 30-a yaxın körpə 3 metr uzunluğunda məsafəni qət etmək üçün iməkləyib. Valideynlər süd butılkası və televizor pultu ilə körpələri irəliləməyə təşviq ediblər. Sonda Texas ştatının Daqlas şəhərindən 11 aylıq qız yarışın qalibi olub. 

Teqlər