Avq 08, 2017 19:42 Asia/Baku
  • "Sehirli Bağ" ; İranlı bağbanın şah əsəri

Qoca bağban su və münbit torpaq olmasa da, unudulmuş diyarı bir cənnət guşəsinə çevirib. “Məlikin Əmanəti” adını verdiyi bu sehirli bağdakı meyvələr isə öz qeyri-adiliyi ilə görənləri ovsunlayır. Gəlin İranın Həmədan vilayətində yaşayan bu qoca bağbanın sehirli dünyası ilə yaxından tanış olaq.

Heç şübhəsiz bu isti yay günlərində avtomobilinizi ağacın kölgəsində park etmək və ya ağacın altında uzanıb sərinləmək heç də pis olmazdı.

 

Məlikzadə - bağban: Bu gördüyünüz çiyələkdir.

 

Bu sehirli bağ sizə uşaqlıq arzularınızı gerçəkləşdirmək fürsətini verir.

 

Məlikzadə - bağban: Bura uşaqların sehirli bağçasıdır. Burda meyvə dərmək üçün ağaca çıxmaq lazım deyil.

 

Bu sehirli bağdakı meyvə ağacları çox balacadır. Bəzi ağaclar isə bir neçə növ meyvəyə malikdir. Və ya bəzi ağacların gövdəsi də meyvə verir.

 

Məlikzadə - bağban: Bu ağac ildə 12 dəfə bar verir. Bu, innab ağacıdır.

 

Qara armud, qarağt dadı verən üzüm və onlarla digər qeydi-adi meyvə bu bağı sehirli diyara çevirib.

 

Məlikzadə - bağban: Mən bunları çox sevirəm. Bunlar Allahın aşkar möcüzəsidir. Onları çox sevirəm. Onlar üçün qurban belə kəsmək istəyirəm. Bu ağaclara qulluq etməmiş boğazımdan su belə keçmir.

 

Bu qoca bağbana kimyagər də demək olar. Çünki, daşlıq bir ərazini bir cənnət guşəsinə çevirib və dadlı meyvələr yetişdirib.

 

Məlikzadə - bağban: Canavar Dərəsində su olmadığını başa düşdüyümdə 5 hovuz düzəldərək, yağış sularını yığıb saxlamağa başladım. Suyun buxarlanmasını önləmək üçün isə, gördüyünüz kimi üzərini bu şəkildə örtürəm.

 

Məlikzadə bu unudulmuş quru torpaqlara can vermək üçün heç bir səydən çəkinməyib. Baxmayaraq ki, burda nə su nə də münbit torpaq yoxdur.

 

Məlikzadə - bağban: Bu ağaclara doyunca su verə bilmədiyim üçün onlardan utanıram. Bu bağın məhsullarını da yoxsullara vəqf etmişəm. Bu meyvələr satış üçün deyil. Qismət olarsa, bu bağı Ginnesin Rekordlar Kitabında qeydə aldırmaq istəyirəm.

 

Bağına isə “Məlikin Əmanəti” adını verib.

 

Məlikzadə - bağban: Adını “Məlikin Əmanəti” qoymuşam ki, bu bağım mənə yox, Allaha məxsus olduğunu bilsinlər. Mən sadəcə ömürümü bu bağa qulluq etməyə həsr etmişəm.