Avq 09, 2017 14:13 Asia/Baku
  • Real UEFA Superkubokuna sahib çıxıb

İspaniya təmsilçisi olan “Real Madrid” futbol klubu İngiltərənin “Mançester Yunayted” komandasını 2-1 hesabı ilə məğlub edərək, UEFA Superkubokuna sahib çıxıb.

“Real Madrid” və “Mançester Yunayted” komandaları dünən gecə Avropa Çempionları Liqası və UEFA kubokunun qalibləri kimi Makedoniyanın paytaxtı Skopyedə görüşüblər. Nəticədə İspaniyanın “Real Madrid” komandası İngiltərənin “Mançester Yunayted” komandasını 2-1 hesabı ilə məğlub edərək, UEFA Superkubokuna yiyələnib.

Dördüncü dəfədir ki, “Real Madrid” komandası UEFA Superkubokunu əldə edir.

Belə ki, “Real Madrid” komandası 2002, 2014 və 2016-cı illərdə də UEFA Superkubokunu qazana bilmişdi.

Teqlər