Avq 12, 2017 09:04 Asia/Baku
  • İran Cənubi Koreyaya qalib gəldi
    İran Cənubi Koreyaya qalib gəldi

İranın voleybol üzrə yığma komandası Dünya Çempionatının təsnifat mərhələsi çərivəsində Cənubi Koreya yığmasını məğlub edib.

İranın voleybol üzrə yığma komandası cümə günü Dünya Çempionatının seçmə turu çərçivəsində ilk matçı İranın şimal-qərbində Ərdəbil vilayətində keçirib və Cənubi Koreya yığmasını 3:0 hesabı ilə məğlub edib. 

İranın voleybol üzrə yığması turnir çərçivəsində indiyə qədər hər iki qarşılaşmada məğlub etdiyi Çin yığması ilə qarşılaşacaq. 

Dünya Çempionatının seçmə turu 10-14 avqustda Ərdəbil vilayətində keçirilir. 

Bu turnirdə İran İslam Respublikası, Cənubi Koreya, Çin, Qətər və Qazaxıstan vəsiqə qazanmaq uğrunda mübarizə aparır. 

Turnirin ilk iki komandası İtaliya və Bolqarıstanın ev sahibliyi ilə 2018-ci il sentyabr ayında keçiriləcək kişilər üzrə Voleybol Dünya Çempionatında iştirak edəcək. 

Teqlər