Avq 13, 2017 08:53 Asia/Baku
  • Çin voleybolçuları İrana məğlub olublar
    Çin voleybolçuları İrana məğlub olublar

Ərdəbildə keçirilən dünya çempionatına seçim yarışlarında İranın yığma voleybol komandası özünün ikinci yarışında 3-0 hesabı ilə Çin komandasını məğlub edib.

İRİB-in verdiyi məlumata görə, dünən Ərdəbildə baş tutan bu yarışmanın 3 setində 25-21, 29-27 və 25-20 hesabı ilə İranın yığma voleybol komandası çinli rəqibinə qələbə çalıb. 

İranın yığma voleybol komandası özünün ilk rəqabətində isə Cənubi Koreya komandasını məğlub etmişdi. 

Bu gün rəqabətlərin davamında Çin Cənubi Koreya ilə İran isə Qazaxıstanla yarışacaq. 

Teqlər