Sen 08, 2017 17:45 Asia/Baku
  • İranın qadınlardan ibarət qayıqsürmə komandasının uğuru

İranın qadınlardan ibarət qayıqsürmə komandası İtaliyanın Venetsiya şəhərində keçirilən dünya klublarının "Draqon But" çempionatında bürünc medal qazanaraq, İranda qadın qayıqsürmə tarixində ilk medal əldə edibdir.

"Draqon But" çempionatında 200 metr məsafəyə keçirilən yarışların finalında İran komandası Ukrayna və Almaniya komandalarından sonra üçüncü olub və bürünc medal əldə edibdir.

Bu bürünc medal İranda qadın qayıqsürmə tarixində ilk medal sayılır.

"Draqon But" uzun korpuslu avarlı qayıq növü olaraq, qayıqsürmə üzrə komanda yarışlarında istifadə olunur. Draqon But-da 20 avarçəkən, bir təbil çalan və bir sükançı olur.