Sen 10, 2017 18:53 Asia/Baku
  • İranlı heykəltəraş kəndlilərinin sənətkarlığı
    İranlı heykəltəraş kəndlilərinin sənətkarlığı

İranlı sənətkarların bacarıqlı əlləri ilə formalaşan sənət əsərləri hər yerdə olursa-olsun, illər boyu İranın və iranlının adını yaşadır. Mafi kəndinin ziyalı gəncləri iş bazarında sərgərdanlıq yerinə, heykəltəraşlıq sənəti ilə kənd iqtisadiyyatına yaxşı rövnəq veriblər və hazırda əldə etdikləri məharətlə öz sənətlərini digər ölkələrə ixrac etmək istəyirlər.

Kişi: Üç-dörd il iş üçün Salmasa getdik, amma iş yox idi. Kəndə qayıtdıq və bankdan aldığımız kredit ilə yoldaşım, uşağım, anam və qohumlarla birgə burada işləyirik.

Amma Abbasın emalatxanası Mafi kəndinin yeganə emalatxanası deyildir. Burada bütün əhali heykəltəraşdır.

Kişi: Bizim işə və işə götürülməyə ehtiyacımız yoxdur.

Kişi: Bu kənddə işsizliyin mənası yoxdur.

Erşadi- mütəxəssis: Mafi kəndinin heykəltəraşları İranın doxsan faizinin incənət işinin nümunəsini hazırlayırlar. Bir növ Çin ilə rəqabət aparırıq.

Mafi kəndi ölkənin bir məhsulu və bir kəndinin beş nümunəsindən biridir.

Qolipur- Urmiyyə Sahibkarlıq Fondunun direktoru: Bizim niyyətimiz bu idi ki, ailələrin gəlir səviyyəsini artıraq. Ailələrin şəhərlərə mühacirət etmələrinin qarşısını alaq. 740 milyon tümənlik kredit ödənilib.

Kişi: Mafi kəndi məzunları işsiz olmayan yeganə tətbiqi elmlər universitetidir. Heykəltəraşlığı brendləşdirə bilmək üçün bizə müşaviə versinlər. Lakin hələ də inkişaf yolunda problemlər mövcuddur.

Rəbii-kooperasiya naziri: Bizim ən mühüm işimiz, dizayn və marketinqdir.

Mehran universiteti bitirdikdən sonra iş dalınca getmək yerinə, sahibkarlığı seçibdir.

Mehran: Mən kənd təsərrüfatı üzrə magistr dərəcəsinə malikəm. Lüzumu yoxdur ki, biz gənclər işə götürülmək və masa arxasında işləmək fikrində olmuş olaq.