Sen 12, 2017 09:31 Asia/Baku
  • İranın məktəblilərdən ibarət futbol komandası Asiya Çempionatının yarımfinal mərhələsinə yüksəlib
    İranın məktəblilərdən ibarət futbol komandası Asiya Çempionatının yarımfinal mərhələsinə yüksəlib

İran və İndoneziya komandaları məktəblilərarası 45-ci Asiya Çempionatının yarımfinal mərhələsində iştiraka vəsiqə əldə ediblər.

İRNA-nın məlumatına görə, İranın Şiraz şəhərində keçirilən 45-ci Məktəblilərarası Asiya Çempionatının davamında İran komandası bazar ertəsi günü 1-0 hesabı ilə Çini məğlub edib və öz qrupunun liderinə çevrilib. Bununla da İranın yarışların yarımfinal mərhələsindəki iştirakı qətiləşmiş olub. 

İran komandası yarışların ilkin mərhələsindəki son qarşılaşmasında bu gün Şri Lanka komandası ilə görüşəcək. 

Teqlər