Sen 12, 2017 18:16 Asia/Baku
  • İslam-İran ofis və məktəb ləvazimatları; Mədəni hücum qarşısında yeni nəslin düzgün tərbiyə edilməsi yolu
    İslam-İran ofis və məktəb ləvazimatları; Mədəni hücum qarşısında yeni nəslin düzgün tərbiyə edilməsi yolu

Yerli ofis və məktəb ləvazimatlarının istehsalında nümunəvi şəxsiyyətlərin müəyyən edilməsi məktəb ləvazimatları bazarında xarici məhsullar ilə rəqabət aparmaq üçün ən önəmli məsələlərdən biri sayılır.

Yeni təhsil ilinin gəlib çatmasıilə məktəb və ofis ləvazimatları bazarı yenidən insanlarla dolub daşır. Amma, İranımızın hansı mədəni vasitələrlə sınandığını dərindən düşünmək lazımdır. Son illər mədəni məhsullar və məktəb ləvazimatları arasında özünə yer eləməyə başlayan İslam-İran ofis ləvazimatları layiq olduğu mövqeə malik ola bilməsi üçün ciddi himayələrə ehtiyaclıdır.

Ötən illərdə bu növ məhsulların istehsalına ciddi diqqət ayrılmağa başlayıb və hər il yeni təhsil ilinin gəlib çatması ilə ofis və məktəb ləvazimatları sərgiləri təşkil edilir. Bu il də İmam Xomeyni(r.ə) adına müsəllada ofis və məktəb ləvazimatları sərgisi təşkil edilib.

Məktəbli: Mən bir iranlıyam və gələcəkdə hər hansı bir peşə sahibi olub, ölkəmə xidmət etməliyəm. Bunun üçün gələcəyi gözləmirəm və yerli istehsal olan məhsullar almaqla yerli istehsalçılara xidmət edirəm. Bu İran bayrağı naxışı mənim çox xoşuma gəldi.

 

Ana: Mən bacardığım qədər uşaqlarımı yerli məhsullar sərgisinə aparıram. Onlara öz ölkələrinin qədrini bilməyi öyrətməliyik. Mədəni hücumun qarşısını almaq üçün hər birimiz məsuliyyət daşıyırıq.

İran istehsalı olan ofis və məktəb ləvazimatları İslam və İran mədəniyyətinin təbliğiniə kömək edir. Uşaqlar və yeniyetmələr üçün olan məktəb ləvazimatları xüsusi önəm kəsb edir. Uşaqlar onların üzərindəki şəkillərdən ilham alır, onları özlərinə nümunə seçirlər.

 

Məktəbli: Əvvəllər anamın təkidlərini anlamırdım. Amma, indi vətənə və yerli məhsullara dəyər verməyin nə oldğunu bilirəm. Buna görə anama təşəkkür edirəm.

 

Xaricdən məktəb ləvazimatlarının idxal edilməsi iqtisadi baxımdan problemlər yaratdığı kimi, mədəni baxımdan da bir faciə sayılır.